Ucarda avtomobil piyadanı vurub.
Hadisə bu gün axşam saatlarında Ucar-Zərdab yolunun Ucar rayonunun Qarabörk kəndindən keçən hissəsində baş verib. Ucar rayon sakini Məhəmmədəli Tahir oğlu Əsgərov idarə etdiyi "Mercedes" markalı minik maşını ilə yolu keçmək istəyən piyada, rayonun Alpı kənd sakini, 1983-ci il təvəllüdlü Tufan Oktay oğlu Quliyevi vurub. 3 uşaq atası olan T. Quliyev ağır vəziyyətdə Ucar Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Xəsarət alan şəxs hər iki ayağının sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.///apa
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man