Sakinləri narahat edən sürücülər cərimələndi - DYP ərazini təmizləyib - VİDEO-FOTO

Gündəm 26 Yanvar 2022 | 16:28
OXUNUB: 7937

Yasamal rayon sakinlərinin Avtosfer.az-a müraciətinə yol polisi dərhal reaksiya verib. Belə ki, bu gün sakinlər saytımıza müraciət edərək bildirmişdilər ki, Mətbuat prospektində ("Hayat" klinikasının qarşısında) digər binanın sakinləri avtomobillərini ara küçədə park edərək yolu zəbt edirlər. "Sözügedən küçədə hər istiqamətə bir zolaq var. Ərazidə 6 bina var. Həmin binalardan birinin sakinləri avtomobilləri küçənin sağ zolağında park edərək yolu keçilməz edirlər. Qarşıdan maşın gələn zaman isə biz məcbur olub Mətbuat prospektinə kimi geriyə hərəkət etməli oluruq. Yerdə bütöv xətt və xəttin ortasında konuslar olmasına baxmayaraq sürücülər buna əhəmiyyət vermədən maşını orada saxlayırlar".

Yasamal rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları sakinləri narahat edən məsələnin həlli üçün əraziyə yollanıb. Qısa müddətdə orada qanunsuz park edilən avtomobillərin sürücüləri aşkar edilib və onlar cərimələniblər. Ərazi DYP əməkdaşları tərəfindən maşınlardan təmizlənib və nəzarətdə saxlanılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man