Yasamalda qanunsuz parklanmalara qarşı reydlər davam edir - VİDEO

İctimai nəqliyyat 26 Yanvar 2022 | 16:17
OXUNUB: 645

Daxili İşlər Nazirliyindən verilən müvafiq göstərişə əsasən, yol polisləri avtomobillərin qanunsuz parklanmasını təmin etməklə sürücülərdən pul tələb edən ”parkovşik” adlandırılan şəxslərə qarşı reydləri davam etdirir.

Avtosfer.az xəbər verir ki, Yasamal rayonu ərazisində keçirilən tədbirlər zamanı yol polisini görən, parklanmaya nəzarət edən şəxs dırnaqarası xidməti jiletini cibində gizlədərək məsuliyyətdən yayınmağa çalışıb. Polisin keçirtdiyi reyd zamanı qanuni tələbinə məhəl qoymuyanlara da rast gəlinib. Polisə tabe olmayan şəxsləri Post Patrul Xidmətinin əməkdaşları ərazidən uzaqlaşdırıb.

Dövlət Yol Polisinin əməkdaşları sürücülərə digər yol iştirakçılarına maneə törətmədən avtonəqliyyat vasitələrini onlar üçün qanunla nəzərdə tutulmuş yerlərdə park etmələrini və yolun hərəkət hissəsində digər avtomobillərin hərəkətinə maneyə olmamağı tövsiyə edib.

 

Şəfa Nəsibova

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man