Türkiyənin turizm şəhəri Muğlada dünəndən başlayan qar yağmağa davam edir. Şəhərin mərkəzi bəyaz rəngə bürünüb. Qarın yaratdığı əsrarəngiz mənzərə dronla çəkilən görüntülərdə əks olunub.
Datça rayonunda qarın qalınlığı 20 sm-ə çatıb. Sakinlər son 34 ildə ilk dəfə belə qar yağdığına şahid olduqlarını deyirlər.
Menteşedən Datça, Marmaris, Köyceğiz, Ortaca, Dalaman və Fəthiyəyə nəqliyyat təmin edən yeganə yol - Muğla-Antalya şosesi çalışmalardan sonra açılıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man