Biabırçı videoya görə müəllimə töhmət verildi - YENİLƏNİB - VİDEO

Gündəm 26 Yanvar 2022 | 14:38
OXUNUB: 600

Şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı məktəb rəhbərliyi tərəfindən araşdırma aparılıb, dərsin təşkilində yol verdiyi nöqsanlara görə fənn müəlliminə töhmət verilib.

165 nömrəli tam orta məktəbdən Avtosfer.az-a verilən məlumata görə, məktəbin direktor müavinləri ilə bağlı tənbeh tədbirləri görülməsi üçün isə təqdimat verilib.

Qeyd olunub ki, hüquq-mühafizə orqanlarının əməkdaşları valideyn və şagirdlərin izahatlarını alıb: "Üzrxahlıq edən şagirdlər bir daha belə hallara yol verməyəcəklərini bildiriblər. Şagirdlər müvafiq qaydada profilaktik tədbirlər görülməsi üçün qeydiyyata götürülüb.

***

Bir neçə gün öncə məktəblərdən birində lentə alınan görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Təhsil Nazirliyi isə məlumat yayaraq, həmin görüntülərin Azərbaycanda lentə alınmadığını açıqlamışdı. Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov "Unikal"a açıqlamasında həmin görüntülərin Bakı şəhəri 165 saylı tam orta məktəbdə lentə alındığını deyib. O, həmin məktəbə getdiyini bildirib:

"Şagirdlər də həmin videonun bu məktəbdə qeydə alındığını təsdiqlədilər. Videoda görüntülənən şagirdləri hansı cəzanın gözlədiyi məsələsinə gəlincə isə, onlara yalnız məktəbin daxili nizam-intizam qaydasını pozduqlarına görə xəbərdarlıq edilə bilər".

 

 

 

 

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man