Bakıda bu küçələrə avtomobillərin girişi birdəfəlik QADAĞAN edilə bilər - AÇIQLAMA

05 Yanvar 2022 | 15:27
OXUNUB: 1239
Şəhərin mərkəzinə avtomobillərin daxil olması zaman-zaman müzakirə obyektinə çevrilib, vətəndaşlar, o cümlədən bəzi ictimai şəxslər tərəfindən tənqid edilib. Xüsusilə İçərişəhərdə avtomobillərin çoxluğunun insanların rahat gəzməsinə, tarixi görüntüyə zərər vurduğu bildirilir. Bütün Dünyada "Təmiz şəhər" layihələrinin bir nömrəli məsələsinə çevrildiyi bir dövrdə paytaxtımızda bu məsələnin hələ də həllinin tapılmaması narazılığa səbəb olur. Son vaxtlar yaşanan tıxaclar da bu məsələni bir daha gündəmə gətirdi. 
 
Bütün bunlar nəzərə alınaraq şəhərin mərkəzinə avtomobillərin girişinə məhdudiyyət qoyula bilərmi?
 
Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sfera.az-a açıqlamasında deyib ki, bəzi küçələrə avtomobillərin buraxılmasının məhdudlaşdırılması əslində hamının arzuladığı şeydir:

"Düzdür, bir sıra imkanlı şəxslər, maşınla hər yerə getmək istəyənlər, hətta imkan olsa mağazaya, restorana da maşınla girməyə çalışanlar bunu istəməz. Amma ümumilikdə ətraf mühitin qorunması, insanların rahat hərəkəti üçün düşünürəm ki, şəhərin mərkəzi küçələrinə, eləcə də İçərişəhərə avtomobillərin girişini məhdudlaşdırmaq lazımdır. Bununla paralel olaraq, parklanma yeri olmalıdır ki, vətəndaşlar heç olmasa, ora yaxın ərazilərə avtomobilini rahat park edib düşə bilsinlər. Təsəvvür edin, "Taqovı”ya maşınla girmək qadağandır, siz aidiyyatı qurumların dediyi qaydada park yeri tapmaq üçün Azadlıq meydanının altında maşını park etməli və oradan qayıdıb yenidən "Taqovu”ya gəlməlisiniz. Bu nə qədər məsafədir, insanlar necə qəbul edəcək, ümumiyyətlə, bu, real ola bilərmi? Qəliz məsələdir”.

Müsahibimiz bildirib ki, İçərişəhər tarixi ərazidir və qoruq kimi qorunmalıdır:

"Buna baxmayaraq, həmin ərazidə restoranlar, otellər, xarici ölkələrin səfirlikləri fəaliyyət göstərir. Yüzlərlə, minlərlə maşın ora girib çıxır. Turizm nöqteyi-nəzərdən yanaşsaq, başa düşüləndir. Amma biz də başqa ölkələrdə oluruq, oralarda turistik zonaların hər birinə maşınla girmirlər axı. Hamı avtomobilini restoranın qabağında saxlamalıdır? Xeyr. Bu, heç bir qanunda yazılmayıb. Sadəcə olaraq, təəssüf ki, biz əlimizdə olan tarixi imkanlarımızın qədrini bilmirik, dağıdırıq, bərbad vəziyyətə salırıq, sonra da deyirik ki, tarixi abidələr məhv olur, kömək edin. Fikrimcə, alternativ variantlar təklif etməklə həmin ərazilərə avtomobillərlə girişi məhdudlaşdırmaq lazımdır. İlk növbədə İçərişəhəri təmizləməyə ehtiyac var, orada yaşıllıqlar azdır, binalar müasir tikinti norma və tələblərinə uyğun deyil, avtomobillərin hərəkəti onları tez sıradan çıxara bilər. Oranın tarixi görünüşü qorunub saxlanılmalıdır, insanlar rahat gəzməlidirlər. İçərişəhəri gəzməyə gedən ailə baxırsınız ki, sağda-solda divarlara sürtünərək gəzir ki, maşın vuracaq. Belə olmamalıdır”.

Günay Rəsulqızı
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man