“Bakı şəhərində təxminən 600-dən artıq qanunsuz parklanma nəzarətçisi çalışır. Bir gecədə necə tapşırıq verilibsə, qəflətən hamısı yoxa çıxıb. Son iki gündə paytaxtın heç bir küçə və prospektində onlara rast gəlmək olmur. Onları hansısa böyük qüvvə idarə edir və məlumat ötürür ki, sabah işə çıxmayın”.
Avtosfer.az xəbər verir ki, bunu “Report” a açıqlamasında nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı bildirib.
Onun sözlərinə görə, Bakıda “ASA” parkinq, sabiq polis rəisi, ehtiyatda olan polkovnik Nizami Qocayevin yaratdığı “Çinar” parkinq və özlərini Qarabağ qazisi kimi təqdim edən şəxslər qanunsuz parklanma işi ilə məşğuldurlar.
Yol hərəkəti qaydaları üzrə ekspertin sözlərinə görə, “parkovşik”lər ay ərzində sürücülərdən təxminən üç yüz min manat pul yığırlar.
“Elə edə bilərik ki, bu məbləğ “YAŞAT” Fonduna gedə bilər. Özünü qazi kimi qələmə verərək pul qazanan saxtakarların əvəzinə, Qarabağ qazilərimizi orada işlə təmin edə bilərik. Qazanılan vəsaiti də “YAŞAT” Fonduna köçürüb, qazilərin müalicəsinə və sosial problemlərinin həllinə də dəstək olarıq. Niyə həmin məbləğ kiminsə cibinə getməlidir? Bu, açıq-aşkar korrupsiyadır”, - o bildirib.
Qeyd edək ki, Dövlət Yol Polisi son günlər Bakıda qanunsuz parklanma ilə əlaqədar reydlərə başlayıb.
Bundan başqa, “Yol hərəkəti haqqında” qanunda dəyişiklik layihəsi hazırlanıb. Layihədə qanunsuz parklanmaya görə cərimələrin artırılması nəzərdə tutulub. Bundan başqa, qanunsuz parklanma yerləri təşkil edənlər də cərimələnəcək.
Dəyişiklik layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin yanvarın 25-də keçirilən iclasında müzakirə olunub və parlamentin yaz sessiyasının plenar iclasına tövsiyə olunub.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man