Azərbaycanda qardaşın bacıları tərəfindən baltalanmasının TƏFƏRRÜATI - YENİLƏNİB

05 Yanvar 2022 | 13:12
OXUNUB: 2174
Astarada qardaşlarına balta ilə xəsarət yetirən bacılar saxlanılıb.

Sfera.az-ın "Report”a istinadən verdiyi xəbərə görə, hadisənin bəzi təfərrüatı məlum olub.

Belə ki, rayonun Təngərüd kənd sakinləri, 1979-cu il təvəllüdlü Nargilə Fariz qızı Qənbərova və onun bacısı, 1992-ci il təvəllüdlü Nadirə Fariz qızı Qənbərova qardaşları, 1982-ci il təvəllüdlü İlkin Fariz oğlu Qənbərova balta ilə çoxsaylı bədən xəsarətləri yetiriblər.

Məlumata görə, hadisədən bir neçə gün əvvəl qadınlar İ.Qənbərova məxsus ata evinin həyətində tikdirdiyi evin bir otağını yandırıblar.

İlkin istintaq tədbirləri nəticəsində Nargilə və Nadirə bacıları qardaşlarının onlara qarşı pis davranmasına görə belə bir hadisəni törətdiklərini bildiriblər.

Yanğın hadisəsindən xəbər tutan İ.Qənbərov yanvarın 4-də Rusiyanın Dağıstan Respublikasından Astaraya qayıdıb və bacılarını polisə verəcəyini deyib. Gecə saatlarında isə bacılar qardaşı yatdığı zaman ona hücum edərək xəsarətlər yetiriblər.

Xatırladaq ki, Nargilə və Nadirə bacılarının ruhi xəstə olduqları bildirilir.

 
 10:43
 
Astara rayonunda iki bacı qardaşlarına balta ilə xəsarət yetirib.

Sfera.az xəbər verir ki, hadisə rayonun Təngərud kəndində qeydə alınıb.

Belə ki, ruhi xəstə olduqları deyilən Nargilə və Nadirə Qənbərova bacıları Rusiya Federasiyasının Dağıstan Respublikasından yenicə qayıdan qardaşları, 1982-ci il təvəllüdlü İlkin Fariz oğlu Qənbərova balta ilə çoxsaylı bədən xəsarətləri yetiriblər.

Hər iki bacı subaydır və ata evlərində yaşayırlar. Hadisənin təfərrüatı hələlik məlum deyil.

Bildirilir ki, bacıların hücumu zamanı İ.Qənbərovun yatdığı ehtimal edilir. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
 
(report)
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man