DGK: "Azərbaycanın avtomobil parkı köhnəlib"

Nəqliyyat xəbərləri 25 Yanvar 2022 | 13:47
OXUNUB: 685

"Bu gün Azərbaycanın avtomobil parkı köhnəlib və gündən-günə də könhəlir".

Avtosfer.az-ın məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər Baş idarəsinin rəis müavini Əsgər Məmmədov bildirib.

O, bu barədə Lənkəran şəhərində DGK və Medianın İnkişafı Agentliyinin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün “Gömrük sistemində islahatlar: Nəticələr, perspektivlər”mövzusunda keçirdiyi təlimin II günündə danışıb.

"2020-ci ilin sonuna Azərbaycanda 1 milyon 264 min 542 ədəd avtomobil olub. Halbuki, 1990-cu ilin sonunda bu rəqəm 260 min 210 ədəd təşkil edib. Əgər 1990-cu ildə ölkədə avtobusların sayı 14 min 44 ədəd olubsa, 2020-ci ilin sonuna bu rəqəm 30 min 757 ədədə çatıb.

Hazırda ölkədəki avtomobil parkındakı minik avtomobillərinin 993 365 ədədi 10 il və daha yuxarı müüüdətdə istifadə olunan avtomobillərdir. 220 129 ədəd minik avtomobili yaşı 5 ildən 10 ilə qədər, yalnız 51 048 ədəd isə yaşı 5 ilə qədər olan avtomobillərdir.

Ölkədəki avtobusların 25 829 ədədi 10 il və daha yuxar müddətdə istifadə olunan avtobuslardır. Bunun 3 632 ədədi 5 ildən 10 ilə qədər, yalnız 1 296 ədəd avtobus 5 ilə qədər istifadə olunmuş avtobuslardır. Bu da onun göstərir ki, bu gün artıq ölkənin avtomobil parkı köhnəlib və gündən-günə də könhəlir. Dövlət Gömrük Komitəs avtomobil parkının yenilənməsi ilə bağlı ciddi işlər aparır. Bura utilisaziya proqramları da daxil ediləcək", - deyə gömrük rəsmisi qeyd edib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man