İranlı qaçaqmalçı işğaldan azad olunan kənddə saxlanıldı - FOTO

Gündəm 24 Yanvar 2022 | 14:16
OXUNUB: 750

Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Avtosfer.az-a verilən məlumata görə, yanvarın 22-də saat 19:45-də Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Cəbrayıl rayonunun Şıxalıağalı kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 2 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması sərhəd nar­yadı tərəfindən müşahidə olunub.

Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılaraq, xidməti ərazi qapa­dılıb. Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan sərhəd pozucu­larından biri havanın qaranlıq, ərazinin meşəlik və sıx kolluq olma­sından istifadə edərək geri qaçıb, digər qaçaqmalçı isə hadisə yerində saxlanıl­ıb. Saxlanılan şəxsin İran vətəndaşı 37 yaşlı Əsədli Əli Xudaverdi olması müəyyənləşdirilib. Əraziyə baxış zamanı 2 ədəd bağlamanın içində təxmini çəkisi 29 kiloqram 925 qram nar­ko­tik vasitə və psixotrop həblərə bənzər (16200 qram marixuana, 7444 qram heroin, 3545 qram metamfetamin, 440 qram tiryək və 1680 ədəd metadon-40 həbi) maddələr aşkar olunaraq götürülüb.

Qeyd olunan fakt üzrə əməliyyat-istintaq hərəkətləri davam etdirilir.

Ələ keçirilən narkotik

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man