Yolu düzgün yerdən keçməyən piyada zəncirvarı qəzaya səbəb oldu

Yol qəzaları 22 Yanvar 2022 | 20:46
OXUNUB: 1342

Gəncə şəhərində zəncirvarı yol qəzası baş verib.

APA-nın xəbərinə görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü qəfil əyləcdən istifadə edib, nəticədə arxada gələn “AzSamand” markalı avtomobil “Mercedes”ə, “VAZ-2106” markalı avtomobil isə hər iki avtomobilə çırpılıb.

Şahidlərin sözlərinə görə, “Mercedes”in sürücüsünün qəfil əyləcdən istifadə etməsinə yolu düzgün yerdən keçməyən piyada səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man