Yolun asfalt örtüyü dağılıb, yaranan su gölməçələri isə hərəkətə mane olur.
Sohbət Lənkəranın Viravul kəndindən gedir.30 ildən çoxdur ki, kəndin mərkəzi və ara küçələrində yayda toz, qışda isə su gölməçələri səbəbindən yolda hərəkət etmək çox çətindir. Hava şəraiti pisləşəndə isə vəziyyət daha da çətinləşir. Bu da kənd sakinlərinin narazılığına səbəb olub.
Kəndin mərkəzi yolunun uzunluğu 4.4 km-dir. Sonuncu dəfə 1991-ci ildə əsaslı təmir olunub. Yol dağıntılara məruz qaldıqdan sonra bir neçə dəfə daxili imkanları hesabına təmir edilib. Amma yolun son vəziyyəti göz qabağındadır.
Sakinləri narahat edən problemlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirdi ki, Lənkəran rayonunun bir neçə kəndinin yollarının yenidən qurulması Dövlət proqraminda nəzərdə tutulub.
Qurumdan bildirildi ki, maliyyə vəsaiti ayrılan kimi həmin yolun da yenidən qurulması işləri icra olunacaq.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man