Bakıda qadın sürücünün naşılığı kilometrlik tıxaca səbəb oldu - VİDEO

Nəqliyyat TV 21 Yanvar 2022 | 11:37
OXUNUB: 30590

Bu hadisə Səbail rayon Polis İdarəsinin qarşısında - Abbasqulu Abbaszadə küçəsində baş verib. Avtosfer.az xəbər verir ki, Milli Məclisdən "Oksford" məktəbinə qalxan yol sutkanın istənilən saatında yüklənmiş olur. Burada ani ləngimə nəqliyyatın bütün hərəkətini iflic edir.  Bu videodakı 90 NO 991 nömrəli avtomobilin sahibi də görünür sürücülüyə yeni başlayıb. Ya da yanacağa qənaət etmək üçün ara küçədən birbaşa yola çıxmaq istəməyib. Qadın sürücü təxminən 1 dəqiqə ərzində irəli geri manevr edərək nıəhayət yola çıxa bildi. Amma bu 1 dəqiqəlik ləngimə hər 2 istiqamətdə azı 1 kilometrlik tıxac yaratdı.  
Qadının karıxıb qalmasında digər sürücülərin də rolu az olmadı. Hərəkət ani olaraq ləngiyən kimi hamı obrazlı desək siqnalın üstündə oturdu.
Siqnal məsələsinə gəlincə, bizdə təəssüf ki vəziyyət ürəkaçan deyil. Amma ümid edirəm ki bunun da çarəsi tapılacaq.  
Yeri gəlmişkən, Afrikanın bir neçə ölkəsində polis siqnaldan istifadəni minimuma endirmək üçün maraqlı üsxula əl atıb: böyük şəhərlərdə sünii tıxac yaradılılb (svetofor vasitəsi ilə). Tıxacda gözləyərkən siqnaldan istifadə edən sürücülər cərimələnib. Etiraz edənlərə cavab eyni olub: səs siqnalı qəzanın qarşısını almaq üçündür. Tıxacda gösləyən avtomobil hansı qəzanı törədə bilər?

 

Vüqar

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man