“İstəmirəm ki, məhkəmədə qarşı-qarşıya gələk” – Deputat kimə mesaj göndərdi?

30 Dekabr 2021 | 12:31
OXUNUB: 913
"Mən mütəmadi olaraq İctimai Televiziyada tənqid və təhqir hədəfinə çevrilirəm”.
 
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fəzail Ağamalı bildirib.

Millət vəkili deputatların tez-tez adıçəkilən kanalda  tənqidə tuş gəldiyini deyib:

"Cəmiyyətdə gedən bütün prosseslərdə tənqid hədəfinə millət vəkilləri çevrilir. Mən İctimai TV-nin fəaliyyəti ilə bağlı həmkarım Fazil Mustafanın fikirlərinə qoşuluram. İTV-də yayımlanan 3D verilişinə qonaq kimi dəvət olunmuşdum. Lakin verilişin tərzini bəyənmədiyim üçün təklifə yox dedim. Mən o verilişə getmədim deyə,  hələ də orda tənqid və təhqir hədəfinə çevrilirəm. Millət vəkilinin, bir vətəndaşın hansısa verilişdə təhqir olunması nə dərəcədə doğrudur? Hesab edirəm ki, yayım üzvləri seçiləndə növbəti il mən və həmkarlarımın şikayətləri nəzərə alınacaq. Çünki bir millət vəkili olaraq istəmirik ki, təhqirə görə məhkəmədə qarşı-qarşıya gələk".

Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi haqqında  qərar layihəsi iclasa müzakirə edilib, tərkib təsdiqlənib. Müzakirələrdən sonra Zeynalov Vüqar Eldar oğlu, Əliyev Azər Ruslan oğlu, Yusifova Sevil Şərif qızı 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçiliblər.
 
Əzizə
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man