"Instagram"da bu funksiya AKTİV EDİLDİ

Yeniliklər 21 Yanvar 2022 | 00:30
OXUNUB: 3752

"Instagram"da ödənişli abunəlik funksiyası istifadəyə verilib.

Avtosfer.az xəbər verir ki, istifadəçilər bunun vasitəsilə ən çox izlədikləri müəlliflərin eksklüziv kontentlərini və "Instagram"ın bəzi geniş funksiyalarını əldə edəcəklər.
Qeyd edək ki, sosial şəbəkə ödənişli abunəlik funksiyasını test rejimində istifadəyə verib və o hələ ki, "Instagram"ın ABŞ-dakı 10 məşhur istifadəçisi üçün aktivdir.

Yəni adi istifadəçilər yalnız 10 məşhur istifadəçiyə ödənişli abunəliyi reallaşdıra bilərlər. Sözügedən funksiya vasitəsilə istifadəçilər sevdikləri müəlliflərdən eksklüziv kontentlər əldə edəcəklər.
Bura həmçinin Stories paylaşımları və canlı yayımlar da daxil olacaqlar. Bu cür abunəçilərin adları qarşısında bənövşəyi rəngdə xüsusi işarə əks olunacaq. Onun sayəsində kontent yaradıcıları hansı istifadəçinin bu funksiyadan yararlandığını biləcəklər.

Ödənişli abunəliyin aylıq ödəniş haqqı 0.99-99.99$ arasında dəyişəcək. Kontent yaradıcıları özləri də abunəik haqqını təyin edə biləcəklər. Instagram bildirib ki, o, 2023-cü ilə kimi kontent yaradıcılarından bu məsələ ilə bağlı komissiya əldə etməyəcək.

Yaxın həftələrdə ödənişli abunəlik funksiyasına sahib istifadəçilərin sayının artacağı ehtimal edilir.///lent.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man