Pakistanda qəribə hadisə yaşanıb.
Avtosfer.az bildirir ki, pilot iş saatının bitdiyini deyərək təcili eniş edib. Belə ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddan Pakistanın paytaxtı İslamabada gedəcək təyyarənin uçuş vaxtı pis hava şəraiti səbəbindən gecikib. PK 9754 reysinin pilotu təyyarəni havaya qaldırdıqdan sonra Ər-Riyadın 409 kilometrliyində yerləşən Dammam hava limanına təcili eniş edib. Pilot iş saatı bitdiyi üçün uçuşa davam edə bilməyəcəyini desə də, sərnişinlər başqa təyyarəyə keçməkdən imtina edərək, hadisəyə etiraz ediblər
Ardınca təyyarənin içərisində gərginliyin artması ilə əlaqədar təhlükəsizlik işçiləri çağırılıb. Sərnişinlərə "Pilot uçuşun təhlükəsizliyi üçün lazım olduğu kimi dincəlməlidir. Bütün sərnişinlər İslamabad hava limanına saat 23:00-da çatacaqlar və həmin vaxta qədər onların otelləri üçün tədbirlər görüləcək", - deyə açıqlama verilib.
Sfera.az
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man