Qəbələdə yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə rayonun Mirzəbəyli kəndi ərazisində qeydə alınıb.
Eldəniz İsmayılov idarə etdiyi avtomobillə yol qırağında dayanan 2000-ci il təvəllüdlü İsmayıl Adıgözəlovu vurub.
O, xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, İ.Adıgözəlov Vətən müharibəsində iştirak edib.
Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.
Oxu.Az
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man