Zabratda yol və kanalizasiya problemi var - VİDEO

Gündəm 19 Yanvar 2022 | 21:45
OXUNUB: 972

Sabunçu rayonu, Zabrat qəsəbəsi, Murad Mirzəyev küçəsinin sakinləri yol və kanalizasiya sarıdan çox əziyyət çəkirlər.

Sakinlərin sözlərinə görə, kanalizasiya sistemi olmadığından çirkab sular küçəyə axıdılır.

İddia edirlər ki, bu vəziyyət 20 ilə yaxındır, davam edir.

Avtosfer.az Xəzər TV-yə istinadən xəbər verir ki, asfalt örtüyü olmadığından yağış yağandan sonra ərazidə hərəkət etmək çox çətin olur. Mövcud vəziyyət uşaqdan böyüyə hər kəsi narahat edir.

Sakinlərin şikayətlərini dinləyən Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini Əvəz Qocayev bildirib ki, Agentliyin əməkdaşları sözügedən əraziyə göndəriləcək. Küçəyə baxış keçiriləcək, təmirə ehtiyacı olan ərazi ilə bağlı məlumatlar toplanacaq.

''Cari ildə Zabrat qəsəbəsi üzrə yerli icra hakimiyyətinin müraciəti ilə təqdim etdiyi siyahı əsasında investisiya proqramına daxil edilmiş küçə və yolların təmiri həyata keçiriləcək. Məlumatların aidiyyəti üzrə təqdim olunması ilə problemin qısa müddətdə həll olunmasına çalışılacaq'',-deyə o əlavə edib.

''Azərsu'' ASC-nin mətbuat katibi Anar Cəbrayıl da kanalizasiya sistemi ilə bağlı mövcud vəziyyəti şərh edib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man