Azərbaycanda ötən il yük və sərnişin daşımaları artıb

Nəqliyyat xəbərləri 19 Yanvar 2022 | 13:27
OXUNUB: 607

Ötən il Azərbaycanda yükdaşımalar əvvəlki illə müqayisədə 2,8%, sərnişin daşınmaları isə 3,1% artıb.

Dövlət Statistika Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 193,9 mln. ton yük daşınıb. Yüklərin 2,8%-i dəniz, 7,8%-i dəmir yolu, 0,3%-i hava, 58%-i avtomobil nəqliyyatı, 31,1%-i isə boru kəməri ilə daşınıb.

Qeyd olunur ki, qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 2,6% artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 78,4% təşkil edib.

“2021-ci ildə nəqliyyatçılar 1214,2 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 92,2%-i avtomobil nəqliyyatı, 7,4%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə

daşınıb”, - məlumatda deyilir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man