Kişilər atalıq məzuniyyətinə çıxa bilər - Atalara şad xəbər/ VİDEO

29 Dekabr 2021 | 09:34
OXUNUB: 1327
Bu məsələ illərdir müzakirə olunur. Söhbət atalıq məzuniyyətindən gedir. Necə ki uşaq doğulanda işləyən qadınlara ödənişli məzuniyyət verilir, eləcə də kişilərə verilməlidir deyilir. Bəs verilirmi? Necə olmalıdır?

Sfera.az xəbər verir ki, qanunvericilikdə hamiləliyə görə qadınların analıq məzuniyyəti hüquqları var. Bu ödənilşi məzuniyyət həm də toxunulmazdır.


Ancaq bəzi ailələrdə qadınlar uşaq dünyaya gəldikdən sonra onu saxlamaqda çətinlik çəkirlər. Ya tək olurlar, ya da sağlamlıqları buna imkan vermir. Belə halda kişilər məcbur olub ödənişsiz məzuniyyət götürməli olurlar. Çünki, məcəllədə atalıq məzuniyyəti nəzərdə tutulmayıb. Bu da həmin ailələrin birbaşa gəlirlərinə təsir edir.

Hüquqşünas Anar Ramazanovun sözlərinə görə, qanunverivilikdə atalıqla bağlı xüsusi məzuniyyət olmadığından, həmin kişilərə sadəcə 14 günlük ödənişsiz məzuniyyət verilir. Millət vəkili Fazil Mustafanın fikrincə isə, bu məzuniyyət növü kişilər üçün də ödənişli olmalı və qanunvericilikdə bu istiqamətdə dəyişiklik aparılmalıdır.

Millət vəkilinin sözlərinə görə, ödənişli atalıq məzuniyyəti həm də ailənin sosial vəziyyətinə görə təyin edilməlidir.

Fazil Mustafa deyir ki, belə ailələrin vəziyyəti müvafiq qurumlar tərəfindən öyrənilməli, yalnız bundan sonra onlara müvafiq formalarda dəstək verilməlidir.
 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man