Bakı-Qazax magistralında yol-nəqliyyat qəzası baş verib.
Avtosfer.az-ın APA-ya istinadla məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “Mercedes” markalı avtomobil arxadan “KAMAZ” markalı yük avtomobilinə çırpılıb. Nəticədə 4 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man