Zaqatalada narkotik istifadə edən taksi sürücüsü SAXLANILDI - FOTO

İctimai nəqliyyat 19 Yanvar 2022 | 11:07
OXUNUB: 481

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə narkotik vasitənin təsiri altında sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, taksi fəaliyyəti ilə məşğul olan rayonun Aşağı Tala kənd sakini Elman Datayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobilin sürücüsü nəzarət-yoxlama qaydasında saxlanılıb. Sürücü və nəqliyyat vasitəsində olan sərnişin Aydın Ağayevdə sərxoşluq əlamətləri hiss edildiyindən onlar şöbəyə gətirilib. Hər iki şəxsə təyin edilən ekspertizanın rəyinə əsasən onların marixuana qəbul etdikləri məlum olub.

Digər hərəkət iştirakçılarının sağlamlığı üçün təhlükə yaradan Elman Datayev və sərnişin Aydın Ağayev barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man