İsrail İrana təkbaşına hücum edəcək... - Naftali Bennet nədən narahatdır?

28 Dekabr 2021 | 13:32
OXUNUB: 485
İsrailin baş naziri Naftali Bennet dünya güclərinin İranla nüvə danışıqlarında daha iddialı mövqe tutmalı olduğunu bildirib. Nazir deyib ki, İran çox zəif mövqedən danışıqlar aparır. Amma təəssüf ki, dünya özünü elə aparır ki, sanki hər şey əksinədir.
 
Maraqlıdır, Bennetin bu çağırışına dünya gücləri hansı şəkildə cavab verəcək? Bennetin ciddi narahatlığının səbəbi nədir?

Məsələ ilə bağlı Sfera.az-a danışan politoloq Əlimusa İbrahimov İsrailin İrana qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılmasından narahat olduğunu bildirib:
 
"Məlum olduğu kimi, İranla aparıcı dövlətlər arasında İranın nüvə proqramı ətrafında aparılan danışıqların 8-ci mərhələsi başlayıb və ilkin razılaşmalar haqda məlumatlar gəlməkdədir. Doğrudur, tərəflər tam razılaşma əldə etməkdən hələ çox uzaqdır, amma danışıqların davam etdirilməsi müəyyən müddətdən sonra istənilən nəticənin əldə olunacağını istisna etmir. Çünki həm İran, həm də Amerika Birləşmiş Ştatları müsbət nəticə üçün çalışırlar. İranla danışıq aparan dövlətlər arasında razılığın əldə olunması və sanksiyaların aradan qaldırılması İsrailin qorxduğu ən arzuolunmaz nəticədir. Yəhudi dövləti əlində olan imkanlardan istifadə edərək İranın nüvə proqramının qarşısını birdəfəlik almaq və İran iqtisadiyyatını ciddi təhlükəyə məruz qoymaq istəyir. Görünən budur ki, İranın nüvə proqramı sahəsində aparıcı dövlətlərlə birlikdə əldə edəcəyi razılaşma heç bir halda İsrail tərəfindən qəbul edilməyəcək. Məhz buna görə də İsrailin Baş naziri Naftali Bennet hələ razılıq əldə edilmədən onu təhlükəyə atır”.

Politoloq müqavilə bağlanarsa, İsrailin İrana hücum planlaşdırdığını qeyd edib:

"Naftali Bennet nəzərdə tutulan razılaşmaya qarşı çıxmaqla heç də yeni strategiya irəli sürmür. Ondan əvvəlki Baş nazir Benyamin Netanyahunun da mövqeyi eyni idi. Netanyahu və Yəhudi lobbisinin Donald Trampa təzyiqi Amerikanın İranla bağlanmış müqavilədən çıxması ilə nəticələndi. İndi digər dövlətlər tarixin təkərini geri çevirməyə - ABŞ-ı yenidən müqaviləyə daxil etməyə çalışırlar. Bayden isə İranla münasibətlərin normallaşdırılması haqqında bəyanatlar verməkdə davam edir.

Naftali Bennet müqavilə imzalanarsa, İrana təkbaşına hücum etmək haqqında bəyanatlar verməkdə davam edir. Bu bəyanatların həyata keçirilməsinin vaxtı çatarsa, İsrail dövləti buna cürət edəcəkmi? Bunu yaxın gələcək göstərəcək”.
 
Əzizə Zeynal
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man