Bakıda 133 və 165 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobuslar toqquşub.
Avtosfer.az xəbər verir ki, hadisə Binəqədi rayon ərazisində yerləşən İkinci Mədən ərazisində qeydə alınıb. Şahidlərin dediyinə əsasən, qəza zamanı sərnişinlər arasında xəsarət alanlar olub.
Qeyd edək ki, son zamanlar bəzi maşurut sürücüləri sərnişinlərin və özlərinin həyatını düşünmədən hərəkət edirlər.
Faktla bağlı araşdırma aparılır.
Şəfa
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man