20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işlərinə başlanılıb

Gündəm 17 Yanvar 2022 | 12:20
OXUNUB: 493

Bakı Şəhər İcra Hakimiyyəti 20 Yanvar faciəsinin ildönümü ilə bağlı görülən hazırlıq işləri barədə məlumat yayıb.

Qurumun Mətbuat Xidmətindən verilən məlumata görə, Şəhidlər xiyabanında 20  Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri aparılır.

“20 Yanvar faciəsinin ildönümü ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin qurumları tərəfindən Şəhidlər xiyabanında cari təmir,  geniş təmizlik və abadlıq işləri görülür,  ağacların budaqları,  bəzi  kollar  budanıb,  qazon örtüyü yenilənib,  yeni güllər və  kollar  əkilib,  işıq dirəkləri rənglənib,  səkilər və bütün ərazi yuyulub,  Xiyabandakı hər iki məşəldə profilaktika aparılıb. 

Xiyaban ərazisində faciənin ildönümü ilə əlaqədar müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Bu işlərə təcrübəli mütəxəssislər,  landşaft-dizaynerləri cəlb olunub.

Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır”, - İcra Hakimiyyətindən bildirilib.  

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man