Azərbaycanın avtomobil yollarındakı son vəziyyət açıqlanıb

Gündəm 17 Yanvar 2022 | 10:40
OXUNUB: 365

Ölkənin dağlıq ərazilərində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq avtomobil yolları nəzarət altındadır.

Avtosfer.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarının hazırkı vəziyyəti barədə məlumat yayıb.

Bildirilir ki, dağlıq və dağətəyi ərazilərdə qarın yağması müşahidə olunmasa da, şaxtalı hava şəraiti hökm sürür. Bu üzdən səhər saatlarından avtomobil yollarında buzlaşmaya qarşı tədbirlər görülür, qum-duz qarışığı səpilərək avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkəti təmin olunur.

"Dağlıq və dağətəyi ərazilərdən keçən avtomobil yollarından istifadə edən sürücülərdən xahiş olunur ki, idarə etdikləri nəqliyyat vasitəsini qış fəslinə uyğun təchiz etsinlər. Əks halda görülən tədbirlərə rəğmən həmin nəqliyyat vasitələrinin hərəkətində problemlər yaranacaq", - Avtomobil Yolları Dövlət Agentliyi bildirir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man