Avtomobilin xidmət müddəti onun istismar rejimindən asılıdır.
Bunu “Sputnik” radiosuna müsahibəsində avtoekspert, “Drive TV” kanalının baş redaktoru İlya Mejibovski bildirib.
O qeyd edib ki, avtomobil hissələrinin aşınmasının normal həddə olması üçün nəqliyyat vasitəsini onun təlimatlarına uyğun istifadə etmək və müəyyən optimal sürətlə sürmək lazımdır.
“Avtomobildən optimal istifadə rejimi magistral yolda sabit sürətlə saatda 80 kilometr civarında hərəkət etməkdir. Daha aşağı sürətlərdə, soyutma ilə bağlı problemlər ola bilər. Sürət daha yüksək olanda isə aerodinamikanın təsiri ilə yanacaq sərfiyyatı artacaq”, - deyə Mejibovski vurğulayıb.
Bununla belə, o qeyd edib ki, nəqliyyat vasitəsini həmişə optimal rejimdə idarə etmək mümkün deyil. Buna görə də avtomobilin vəziyyətinə nəzarət etmək və vaxtında texniki xidmət göstərmək vacibdir.
Mənbə: “Radio Sputnik”
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man