Dünəndən etibarən yağan qar Bakı-Şamaxı yolunda vəziyyəti çətinləşdirib. Avtosfer.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 3-cü tağımının əməkdaşları yolda yaranmış təhlükəyə müdaxilə edib. Səhər saatlarına qədər ərazidə xidmət aparan YPX əməkdaşları sürücülərə kömək edib. Amma bir neçə maddi zərərlə nəticələnən qəza da baş verib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları yalnız səhər saatlarında gələrək yolu təmizləyiblər.
Amma bütün gecəni tağım komandiri, polis mayoru Ülfət Şükürov başda olmaqla bütün şəxsi heyət xidmət aparıb. Ərazidən çəkilmiş görüntüləri təqdim edirik:
Orxan
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man