Ərinin ad gününə kirayələdiyi təyyarə qəzaya uğradı - Təfərrüat

Yol qəzaları 15 Yanvar 2022 | 12:29
OXUNUB: 595

Xəbər verdiyimiz kimi, Rusiyanın Altay vilayətində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər xəsarət alıb.

Avtosfer.az xəbər verir ki, hadisənin təfərrüatı bilinib.

Belə ki, vilayətin Starobelokurix kəndi yaxınlığında Aeroprakt A-22 tipli təyyarə qəzaya uğrayıb. Sakinlərin xəbərdarlığı ilə Rusiya Fövqəladə Hallar Nazirliyinin briqadaları təyyarənin qalıqlarının tapıldığı əraziyə gəlib və qruplar ağır xəsarət alan pilot Sergey Zuravlev və sərnişin Anton Naqornıyı xəstəxanaya göndəriblər.

Qəzada yaralanan Anton Naqornının həyat yoldaşı jurnalistlərə açıqlamasında təyyarəni ərinin 34 yaşına hədiyyə olaraq icarəyə götürdüyünü, həyat yoldaşının pilotla 20 dəqiqəlik uçuş edəcəyini, ancaq təyyarənin havaya qalxdıqdan dərhal sonra qəzaya uğradığını bildirib.

Naqornının arvadı ərinin vəziyyətinin ağır olduğunu qeyd edib.

Xəstəxanadan verilən açıqlamada pilot Zuravlevin huşsuz olduğu və bədənində sınıqların olduğu bildirilib.

Rusiya Fövqəladə Hallar Nazirliyi uçuş üçün rəsmi icazənin alındığını və qəza ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man