Dövlət büdcəsindən “pensiya fondu”na ayrılan pul azaldılacaq

24 Dekabr 2021 | 12:58
OXUNUB: 492
2022-ci ildə dövlət büdcəsindən Dövlət sosial müdafiə fondunun büdcəsinə transfert ediləcək məbləğ xeyli azaldılacaq.
 
Sfera.az bildirir ki, Prezident İlham Əliyev tərəfindən təsdiqlənən Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında qanuna əsasən fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsindən 1,146 milyard manat ayrılacaq.
 
2021-ci ildə bu məbləğ 1,632 milyard manat təşkil edirdi və növbəti il üçün nəzərdə tutulan ayırmadan 486 milyon manat və ya 29,8 faiz azdır.
 
Azalmaya səbəb Dövlət sosial müdafiə fondunun sosial sığorta haqları üzrə gəlirlərinin kəskin artması olacaq. Gələn il fond bu mənbə üzrə 4,148 milyard manat gəlir əldə edicək ki, bu da 2021-ci ildə gözlənilən gəlirdən 646 milyon manat və ya 18,4 faiz çoxdur.
 
Sosial sığorta haqları üzrə gəlirlərin kəskin artması gələn il nəzərdə tutulan əməkhaqqı artımları və kölgə iqtisadiyyatının kiçildilməsi hesabına təmin ediləcək.
 
Vasif
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man