Tanınmış iş adamları hakim qarşısına çıxarılır - 120-dən çox zərərçəkən var

Gündəm 14 Yanvar 2022 | 11:12
OXUNUB: 451

“Konstra” MTK-nin direktor vəzifəsində işləyərkən mənzilləri ayrı-ayrı şəxslərə qanunsuz sataraq əldə edilmiş pul vəsaitini dələduzluq yolu ilə ələ keçirən Dilafir Rəsulovun və bu işdə ittiham olunan daha iki iş adamı - Bəsrət Abbaslı ilə Tahir Əliyevin məhkəməsi başlayır.

Avtosfer.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək prosesə hakim Zeynal Ağayev sədrlik edəcək.

Məlumat üçün bildirək ki, Bəsrət Abbaslı “Konstra” MTK-nin təsisçisidir. O, həm də Hesablama Palatasının Dövlət investisiyalarının auditi şöbəsinin sabiq müdiri Bəhram Abbaslının oğludur. 

Cinayət Məcəlləsinin 177-189 - 178.4-cü maddələri ilə ittiham olunan üç iş adamı ilə bağlı keçiriləcək məhkəməyə 120-dən çox zərərçəkən müraciət edib.

Qeyd edək ki, Dilafir Rəsulov cinayət təqibi orqanından gizləndiyinə görə beynəlxalq axtarışa verilmişdi. O, ötən ilin iyulunda Rusiyanın Tula şəhərində tutularaq ölkəmizə gətirilib.

Bəsrət Abbaslının isə ölkədən çıxışına qadağa qoyulmuşdu. Buna “Konstra” MTK-nin dövlət büdcəsinə 73 min manat vergi borcu olması səbəb göstərilirdi.

“Qafqazinfo”

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man