Yol polisi sürücülərə bu tövsiyyələri etdi: "Enişli-yoxuşlu yollarda..."

İctimai nəqliyyat 14 Yanvar 2022 | 11:05
OXUNUB: 785

Hazırda paytaxt ərazisində yağmurlu hava şəraiti hökm sürür. Bu da bəzi ərazilərdə sürüşmə ehtimalı yaradır. Odur ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçıları bəzi tövsiyyələr edir.

Avtosfer.az xəbər verir ki, bu barədə İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Bildirib ki, yağmurlu hava şəraiti paytaxtın bəzi ərazilərində sürüşmə ehtimalı yaradır. “Odur ki, vətəndaşlardan xahiş edirik bunu nəzərə alsınlar və şəxsi avtomobillərdən istifadə etməyərək ictimai nəqliyyata üstünlük versinlər. Eyni zamanda belə havada avtomobil idarə edə bilən sürücülərə şərait yaradılmalı, avtomobillər texniki cəhətdən tam saz olmalı, təkərlərin mövsümə uyğun olmasına, şüşəsilənlərin yaxşı işləməsinə, dövlət nömrə nişanının aydın görünməsinə, işıq cihazlarının təmizliyinə diqqət edilməlidir. Eləcə də, yol hərəkəti nişanlarının, svetoforların, nizamlayıcıların tələblərinə ciddi riayət olunmalı, zolaqlardan düzgün istifadə olunmalıdır. Yolboyu sürət həddi minumuma endirilməli, ara məsafəsi isə normadan artıq olmalıdır. Eyni zamanda enişli-yoxuşlu yollarda elə sürət və məsafə seçilməlidir ki, qarşıdakı nəqliyyat vasitəsini və ya hər hansı maneəni aydın görmək olsun.”

Vaqif Əsədov piyadalara da müraciət edib. Qeyd olunub ki, piyadalar ayrılmış zolaqlardan istifadə etməli, nəqliyyat vasitəsinin qarşısına çıxmaqla sürücünü çaşdırmamalıdır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man