Kürdəmirin zülmətə qərq olan mərkəzi küçə və prospektləri - VİDEO

Gündəm 13 Yanvar 2022 | 19:50
OXUNUB: 1504

Bəzi küçələrdə işıq dirəkləri olsa da, işıq yoxdur. Bəzi küçələrdə isə nə dirək var, nə də işıq. Söhbət Kürdəmirin mərkəzi küçələrindən gedir. Hər gün minlərlə sakinin istifadə etdiyi küçə və prospektlər gecə saatlarında zülmətə qərq olur. Bu hal əsasən rayonun Bakı, Babək və Heydər Əliyev prospektlərində müşahidə olunur.

İşıqlanma sisteminin olmaması piyadalarla yanaşı, sürücülərin də hərəkətini xeyli çətinləşdirir.

Qeyd olunan məsələ ilə bağlı Kürdəmir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən bildirilib ki, qısa müddətdə işıqlandırma problemi həll olunacaq.

Daha ətraflı Baku TV-nin süjetində:

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man