Paşinyan yeni konstitusiyada Bakı və Ankara üçün nədən imtina etməlidir? - AÇIQLAMA

23 Dekabr 2021 | 15:38
OXUNUB: 701
Ermənistan yeni konstitusiya qəbul etməyə hazırlaşır. Artıq bu istiqamətdə Baş nazir Nikol Paşinyan müvafiq şuranın yaradılması və işlərin başlanmasına göstəriş verib. Yeni konstitusiya ilə bağlı hələlik konkret məlumat olmasa da, Azərbaycan və Türkiyə ilə bağlı müsbət dəyişikliklərin olacağı gözlənilir. 
 
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Asif Nərimanlı deyib ki, yeni konstitusiya Paşinyana hakimiyyətini möhkəmləndirmək üçün lazımdır.
"Əvvəla, onu deyim ki, bu qərar 44 günlük müharibədən sonra bölgədə yaranmış vəziyyət, Azərbaycanla mümkün sülh sazişinin imzalanması, Türkiyə ilə münasibətlərin normallaşması gözləntiləri fonunda diqqət çəkir. Çünki bu prosesdə Ermənistanın Müstəqillik Bəyannaməsi əsas maneələrdən biridir. 12 bəndlik bəyannamə qondarma "dağlıq Qarabağ şurasının” 1989-cu ildə qəbul etdiyi qondarma "birləşmə” – "miatsum” qərarına əsaslanır.
 
Bəyannamənin 11-ci bəndində isə deyilir ki, "Ermənistan Respublikası 1915-ci ildə Osmanlı Türkiyəsi və Qərbi Ermənistanda erməni soyqırımının (qondarma-red) beynəlxalq səviyyədə tanınmasını dəstəkləyir”.

Qondarma "miatsum” ideyası Azərbaycana qarşı, 11-ci bənd isə Türkiyəyə qarşı ərazi iddiasının, eləcə də qondarma "soyqırımı” iddiasının irəli sürülməsidir. Ermənistan Konstitusiyasında bəyannamənin yerinə yetirilməsi əsas vəzifələrdən biri kimi yer alır”.

Ekspertin sözlərinə görə Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasını istəyən Ermənistan bəyannamədən imtina etməli, ən vacibi isə konstitusiyasını dəyişdirərək, "bəyannamənin yerinə yetirilməsi vəzifəsini” çıxarmalıdır: 

"İstisna deyil ki, Ankara-İrəvan danışıqlarında, eləcə də Bakı və İrəvanın yekun sülh müzakirələrində bu məsələlər müzakirə ediləcək.

O da istisna deyil ki, Paşinyanın konstitusiya islahatları qərarının səbəblərindən biri də artıq qonşu olmaq istədiyi ölkələrə - Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının hüquqi baxımdan aradan qaldırılmasıdır. Əks təqdirdə, normallaşma prosesi və hərtərəfli sülh çətin və kövrək olacaq”.

Turan Rzayev
Sfera.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man