Abdullahian qapalı görüşlərdə Azərbaycandan nə istəyib? – AÇIQLAMA

23 Dekabr 2021 | 12:52
OXUNUB: 595
"İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycan tərəfinə regionda olan problemlərə İsrailin müdaxilə etməməli olduğunu bildirib”.

Sfera.az xəbər verir ki, bunu siyasi məsələlər üzrə ekspert Aqşin Kərimov İran XİN rəhbərinin Azərbaycana səfərini şərh edərkən bildirib. Ekspert görüşdəki gizli məqamlardan danışıb:

"İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın səfərindən sonra keçirilən mətbuat konfransında verilən bəyanatların ümumi məzmunundan aydın oldu ki, Bakı-Tehran münasibətlərində iqtisadi prioritetlər ortaq maraqlar yaradır. Siyasi məsələlərdə isə fikir ayrılıqları qalır. Məsələn, Hüseyn Əmir Abdullahian İsrailə mesaj olaraq belə bir fikir səsləndirdi: "Regionda olan problemlərə üçüncü ölkələr müdaxilə etməməlidir”.
 
İqtisadi əlaqələrin şaxələndirilməsi yaxşı haldır, bu, siyasi problemləri də arxa plana atır. Əslində İranda prezidentlik institutunun üzərinə qoyulan öhdəliklərin ana xəttini xarici ölkələrlə iqtisadi münasibətlərin tənzimlənməsi təşkil edir. Bu mənada Abdullahianın "İran Prezidenti İbrahim Rəisinin prioritetlərində Azərbaycanla münasibətlər xüsusi yer tutur” deməsi daha çox iqtisadi prioritetlərin elanıdır”.
 
A.Kərimov qapalı görüşdə İranın yenidən ali dini rəhbərinin Azərbaycan üzrə nümayəndəsini ölkəmizə göndərmək istədiyini vurğulayıb:

"Abdullahianın səfərində digər məqsəd bu idi ki, İran yenidən ali dini rəhbərin Azərbaycan üzrə nümayəndəsini ölkəmizə göndərsin (Bakı-Tehran münasibətlərində gərginlik yarananda Ocaqnejad Azərbaycandan qaçmışdı. İndi bu post boş qalıb). Şübhə yeri qalmır ki, İran tərəfi qapalı görüşlərdə bu məsələni qaldırıb. Azərbaycan tərəfinin bu təklifi qəbul edib-etmədiyini deyə bilmərik, amma qəbul edərsə, bunun üçün şərtlər ortaya qoyur.
 
Yəni deyir ki, ali dini liderin nümayəndəsinin fəaliyyət dairəsi və funksiyası məhdud çərçivədə olsun, Azərbaycan dövlətinə qarşı ideoloji mühərrikə çevrilməsin. Nəticı isə belədir ki, iqtisadi maraqlar iki ölkənin münasibətləri üçün stimullaşdırıcı amildir. Bu, çox yaxşıdır”.
 
Əzizə Zeynal
 
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man