Türkiyədə azərbaycanlı iş adamı lüks “Mercedes”lə qəza törətdi - FOTO - VİDEO

Yol qəzaları 13 Yanvar 2022 | 11:21
OXUNUB: 1699

Türkiyənin İstanbul şəhərinin Beşiktaş ərazisində  azərbaycanlı iş adamı kimi təqdim edilən şəxs lüks "Mercedes” markalı avtomobillə qəza törədib.

Hadisə gecə yarısı Balmumcu Mahallesi, Barbaros Bulvarı ərazisində baş verib.

Belə ki, Rəfail Əliyev Azərbaycan dövlət nömrə nişanlı 99-MB-888 lüks avtomobiliylə Zincirlikuyu istiqamətindən Beşiktaş istiqamətinə gedərkən idarəetməni itirərək Oktay Arayın istifadə etdiyi 34-TAB-06 nömrəli taksi ilə toqquşub.

Nəticədə toqquşmanın gücündən havaya uçan taksi əvvəlcə yol kənarındakı baryerlərə, daha sonra dayanmış 34-LJA-221 dövlət nömrə nişanlı avtobusa dəyib. Zərbənin gücündən sürücü pəncərədən taksisinin altına düşüb.

Qəza yerinə xilasedicilər, təcili yardım və polis əməkdaşları cəlb edilib. Taksinin altında qalan Aray yanğınsöndürənlər və ətrafdakı vətəndaşların köməkliyi ilə avtomobilin altından çıxarılıb. Yaralı sürücü təcili yardımla xəstəxanaya aparılıb. Onun vəziyyətinin ağır olduğu deyilir.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

 Beşiktaşda qəza törədən Rəfail Əliyevin idarə etdiyi 99-MB-888 avtomobil Əhədov Vadim Mehdiyeviçin adınadır. (Qaynarinfo)

 

  • (qaynarinfo)
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man