Bakıda qayda pozmayan sürücü "avtoş" kimi saxlanıldı - VİDEO

Nəqliyyat TV 12 Yanvar 2022 | 08:00
OXUNUB: 3750

Bakıda avtoxuliqan kimi saxlanılan sürücü redaksiyamızın qaynar xəttinə şikayət ünvanlayıb. Avtosfer.az xəbər verir ki, Teymur Əsgərov adlı sürücü bildirir ki, idarə etdiyi 99-PL-796 qeydiyyat nişanlı “Khazar” markalı avtomobillə yanvarın 12-də paytaxtın Neftçilər prospektində hərəkətdə olarkən yol polisi əməkdaşları onu saxlayıb: “Gecə yol boş olduğu halda qayda pozmadan hərəkət edərkən həmin ərazidə xidmət edən yol polisi əməkdaşları məni saxlayaraq avtoxuliqanlıq etdiyimi bildirdi. Onların sözlərinə görə, guya mən hərəkət sürətini aşdığım üçün avtoxuliqan sayılıram. Polis əməkdaşına bildirdim ki, əgər hərəkət sürətini aşmışamsa xüsusi texniki vasitənin köməkliyi ilə mənə elektron qərar tərtib edilə bilər. Bu qayda pozuntusuna görə yol polisi əməkdaşı məni dayandıra bilməz. Daha sonra onlara bildirdim ki, əgər qayda pozmuşamsa protokol tərtib edin. Onlar isə yenə də avtoxuliqanlıq etdiyimi israrla bildirərək maşınımı mühafizə olunan duracağa apardılar. Birinicisi mənim hərəkətlərimdə avtoxuliqanlıq tərkibi olmayıb, ikincisi isə qanunvericilikdə avtoxuliqanlığa görə maşının mühafizə olunan duracağa aparılması nəzərdə tutulmayıb”.

Son zamanlar həmin prospektdə yol polislərinin sürücüləri qayda pozmadığı halda avtoxuliqan kimi saxlaması ilə bağlı redaksiyamıza müxtəlif şikayətlər daxil olur. Avtosfer.az-a verilən məlumata görə, hətta saxlanılanlar arasında müxtəlif dövlət qurumlarında çalışan vəzifəli şəxslər də olub. Onlardan biri saytımıza bildirib ki, artıq “Port Baku”nun qarşısından keçənlərin əksəriyyəti “avtoş” kimi saxlanılır.


Elmin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man