Yol hərəkəti qaydalarını pozanlar saxlanıldı - Narkotik çəkdikləri məlum oldu

İctimai nəqliyyat 12 Yanvar 2022 | 12:59
OXUNUB: 720

Abşeron rayonunda narkotikin təsiri altında avtomobil idarə edən şəxslər saxlanılıb.

Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Abşeron rayonunun Saray qəsəbəsi ərazisində yerləşən daimi postda Şirvan şəhər sakini Abbasqulu Şadlinski idarə etdiyi “Renault”, İsmayıllı rayonunun Diyallı qəsəbəsi ərazisində yerləşən daimi postda isə Qalagah kənd sakini Elnur Mahmudov idarə etdiyi “VAZ-21214” markalı avtomobillərlə yol hərəkəti qaydalarını pozduqları üçün saxlanılıblar.

Polis əməkdaşları tərəfindən həmin sürücülərin narkotik vasitə qəbul etmələri müəyyən edilib.

İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 333.1-ci maddələri ilə A.Şadlinski, 329.3-cü, 332.1-ci və 334.1-ci maddələri ilə E.Mahmudov barəsində protokollar tərtib olunub.

Abşeron Rayon Məhkəməsinin qərarı ilə A.Şadlinski 6 ay müddətində sürücülük hüququndan məhrum edilib, İsmayıllı Rayon Məhkəməsinin qərarı ilə E.Mahmudov 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man