COVID-19 pasportu olmayan taksi sürücüləri cərimələndi - FOTO

İctimai nəqliyyat 11 Yanvar 2022 | 10:58
OXUNUB: 1316

Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi və İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, elan edilən xüsusi karantin rejimi qaydalarına riayət olunması məqsədilə növbəti nəzarət-profilaktiki tədbirlər həyata keçirilib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, tədbirlər zamanı avtobuslarda və taksilərdə tibbi maskadan istifadə etməyən sərnişin və sürücülər müəyyən edilib.

Həmçinin taksilərdə şəffaf arakəsmələr quraşdırmayan, eləcə də COVID-19 pasportu olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülər inzibati məsuliyyətə cəlb ediliblər.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı qapalı restoran və kafelərdə müştərilərin COVID-19 pasportu yoxlanılıb. Şadlıq saraylarının sahibi və icarədarları ilə mövcud tələblərə riayət etmələrinin vacibliyinə dair profilaktiki söhbətlər aparılıb. 

Reyd daha sonra mağazalarda, eləcə də digər qapalı obyektlərdə davam etdirilib. Tibbi maska tələbini pozan alıcı və satıcılar aşkarlanıb ki, onların barəsində də qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man