"Mall"larda vaksin pasportunun yoxlanması ilə bağlı YENİLİK

21 Dekabr 2021 | 12:35
OXUNUB: 1510
Ticarət mərkəzlərində COVID-19 pasportu üzrə yoxlamalar yeni təchiz edilmiş sistemlərlə sürətləndirilib.

Sfera.az xəbər verir ki, COVID-19 üzrə vaksin pasportu və immunitet sertifikatının yoxlanılması səbəbilə yarana biləcək sıxlığın aradan qaldırılması, yoxlamanın asanlaşdırılması üçün ticarət mərkəzləri girişində yeni, sürətli yoxlama sistemləri quraşdırılıb.

28 Mall, Gənclik Mall, Dəniz Mall, Port Baku Mall, Gəncə Mall ticarət mərkəzlərinin yoxlama məntəqələrində quraşdırılmış bu cihazlar vasitəsilə ziyarətçilər vaksin pasportunda qeyd edilmiş QR kodu özləri skan edərək və ya şəxsiyyət vəsiqəsini cihazdan keçirərək sürətli şəkildə ticarət mərkəzinə daxil ola biləcəklər. Hər iki üsuldan istifadə zamanı vətəndaşın məlumatları ekranda birbaşa əks olunur və vətəndaş yoxlamanın nəticəsi üzrə sərbəst şəkildə, gözləmədən hərəkəti davam etdirə bilir.

Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 1 oktyabr tarixindən etibarən qüvvəyə minən qərarına əsasən, ticarət mərkəzlərinə hər 2 dozanın qəbulunu əks etdirən vaksin sertifikatı, immunitet sertifikatı və ya əks-göstəriş sertifikatı ilə daxil olmaq mümkündür.
 
(trend)
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man