Azərbaycanda sürücüsü qadın olan maşın kanala düşdü - 6 nəfər son anda... - VİDEO

Nəqliyyat TV 10 Yanvar 2022 | 12:21
OXUNUB: 1547

Füzulinin Kərimbəyli kəndində qadın sürücü idarəetməni itirərək kanala düşüb.

Sosial şəbəkələrdə hadisənin şahidləri bildiriblər ki, insidentə səbəb nəqliyyat vasitəsinin qarşısına küçə itinin çıxması olub. Bu zaman sürücü idarəetməni itirərək nəqliyyat vasitəsini kanala salıb. Yayılan məlumatlarda o da qeyd olunur ki, nəqliyyat vasitəsində 6 nəfər - üç qadın, üç kişi olub. Baş vermiş qəza nəticəsində xəsarət alan olmasa da nəqliyyat vasitəsini sudan çıxarmaq mümkün olmayıb. Qəzanın görüntülərini təqdim edirik:

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib ki, yanvar ayının 9-da Füzuli rayonunun Kərimbəyli kəndində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı "Hyundai" markalı avtomobil su kanalına aşıb, xoşbəxtlikdən avtomobildə olan şəxslərdən xəsarət alan olmayıb.

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man