Bakıda yol qəzasında motosikletçinin əli sınıb. Avtosfer.az-ın “Report”a istinadla məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.
1998-ci il təvəllüdlü Cəfərov Mirtosif Əlipaşa oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən idarəetməni itirib və beton maneəyə çırpılıb.
Xəsarət alan gənc təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol əlin sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man