Ekoloji təmiz nəqliyyat vasitələri ilə bağlı sənəd təsdiq olundu

Yeniliklər 08 Yanvar 2022 | 17:22
OXUNUB: 1728

"Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı qiymətləndirmələrin aparılması, təkliflərin hazırlanması və həyata keçirilməsi üzrə 2022-ci il üçün Yol Xəritəsi" Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın sədri tərəfindən 29 dekabr 2021-ci il tarixdə təsdiq edilib.

Yol xəritəsi ekoloji təmiz nəqliyyat vasitələrinin stimullaşdırılması və təşviqi üzrə 4 tematik sahədə - "Elektrik mühərrikli və hibrid nəqliyyat vasitələri sahəsində təhlillərin və qiymətləndirmələrin aparılması", "Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı təkliflərin hazırlanması", "Elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsi üzrə maliyyə əlçatanlığının təmin olunması" və "Elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin təşviqi üzrə zəruri infrastrukturun yaradılması" məqsədilə, ümumilikdə 25 tədbirin icrasını nəzərdə tutur.

Adıçəkilən Yol Xəritəsi Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"dən 5-ci Milli Prioritetə (təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi) uyğun olaraq, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Sərhəddə ticarət" işçi qrupunun tərkibində xüsusi olaraq yaradılmış altqrupun üzvlərinin məhsuldar və geniş müzakirələri, ətraflı təhlilləri nəticəsində özəl sektorun nümayəndələrinin yaxından iştirakı ilə hazırlanıb. Ekoloji təmiz nəqliyyat vasitələrindən geniş istifadə edilməsi ətraf mühitə və atmosfer havasının keyfiyyətinə müsbət təsir göstərəcək.

Məlumat üçün qeyd edək ki, Komissiyanın "Sərhəddə ticarət" işçi qrupuna rəhbərliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi həyata keçirir.

"Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı qiymətləndirmələrin aparılması, təkliflərin hazırlanması və həyata keçirilməsi üzrə 2022-ci il üçün Yol Xəritəsi"nin tam mətni ilə Komissiyanın internet portalında tanış olmaq mümkündür. (//azranking.az/action- plans)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man