Yol polisindən maşın alıb-satanlarla bağlı VACİB AÇIQLAMA

İctimai nəqliyyat 07 Yanvar 2022 | 18:17
OXUNUB: 3596

Xəbər verdiyimiz kimi Azərbaycanda avtomobil satışı üzrə qaydalar dəyişib. “Nağdsız hesablaşmalar haqqında” qanuna edilən dəyişikliyə əsasən, bu ildən avtomobillərin alqı-satqısı nağdsız qaydada həyata keçiriləcək. 

Fərdi qaydada avtomobil alıb-satan şəxslərin əksəriyyəti isə bu qanunun necə icra olunacağından, kimlərə şamil olunacağından xəbərsizdirlər. Bununla bağlı oxucular Avtosfer.az-a çoxsaylı suallar ünvanlayaraq şəxsi avtomobillərin alqı-satqısı zamanı pulun hansı üsulla köçürülməsini, avtomobili satan şəxsin pulu haradan götürməsini soruşurlar. Bütün bu suallarla bağlı əlaqədar təşkilatlardan aldığımız məlumatlarda bildirilir ki, sözügedən qanun yalnız hərrac yolu ilə satılan, eləcə də dövlət qurumları və hüquqi şəxslər tərəfindən alınıb-satılan avtomobillərə aiddir. Yəni fiziki şəxslər (sadə vətəndaşlar) adi qaydada öz avtomobillərini bank əməliyyatı aparmadan, əvvəlki qaydada alıb-sata bilərlər. Bu prosedur Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsində və ya regional şöbələrində heç bir bank sənədi tələb olunmadan həyata keçirilir.

Təbriz 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man