“Bəşəriyyət Marsda süni yaradılmış əlverişli şəraitə malik rayonlarda yaşaya bilər”.
Yenicag.az-ın məlumatına görə, bu sözləri Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Nüvə Planetologiyası şöbəsinin Neytron və Qamma spektroskopiyası laboratoriyasının müdiri Maksim Litvak deyib.
“Marsın kolonizasiyasından başlamaq lazımdır. Çünki insanlar orada tamamilə bütövlükdə bütün planetdə deyil, lokal olaraq süni şəkildə yaradılan şəraitdə yaşaya bilərlər”, — deyə M.Litvak bildirib.
Alimin sözlərinə görə, bəşəriyyət daha sonra Qırmızı planetin hər yerində əlverişli şərait yaradıb-yaratmayacağına qərar verəcək.
“İnsanlar hansısa məqamda Yerə qayıtmamağı arzulaya bilərlər, müvafiq olaraq, bu zaman planeti özlərinə uyğunlaşdırmağa başlayacaqlar”, — deyə M.Litvak söyləyib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man