Elmar Məmmədyarov oğlunun 4,5 milyonluq məhkəmə işindən danışdı

18 Dekabr 2021 | 14:52
OXUNUB: 2132
Sabiq xarici işlər naziri Elmar Məmmədyarov oğlu Emin Məmmədyarova qarşı vergi davası ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Sfera.az xəbər verir ki, E.Məmmədyarov Qaynarinfo-ya açıqlamasında bildirib ki, Nyu-York Mellon Bankının (THE BANK OF NEW YORK MELLON) iddiası əsasında Nyu-York Əyalət Məhkəməsi (New York County Courts) artıq işə bir il əvvəl baxıb və bu söhbət bağlanıb:

"2020-ci ilin oktyabr ayında bank bu iddianı qaldırmışdı. Elə ötən il məhkəmə oldu və vergi borcunu ödədikdən sonra söhbət bağlandı. İndi kiməsə lazımdır ki, bu söhbəti yenidən tirajlayır.

Yəqin, kiməsə lazımdır ki, Elmar Məmmədyarov yaddan çıxmasın, ölkədə hörmətdən düşsün. Qəsdən yazdırırlar. Bu da yaxşıdır. Elmar Məmmədyarovun nüfuzu o qədər yüksəkdir ki, o adamlar sakit durmurlar. Ona görə də yazdırırlar”.

E.Məmmədyarov övladına Nyu-Yorkda Riversayd bulvarı, Tramp-Pleysdəki binalarda alınmış mənzilin qiymətinin 4.5 milyon olmadığını da bildirib:

"Bu məbləğ kifayət qədər şişirdilib. Mənim övladlarım ABŞ-da yaşayır, orada böyük şirkətlərdə çalışır və kifayət qədər böyük maaş alırlar”.

Qeyd edək ki, yayılan məlumata görə, Nyu-York Mellon Bankının (THE BANK OF NEW YORK MELLON) iddiası əsasında Nyu-York Əyalət Məhkəməsi (New York County Courts) keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun oğlu Emin Məmmədyarova qarşı vergi davası açıb. Vergi davasına sabiq nazirin oğlunun adına aldığı 4.5 milyonluq mənzillərlə bağlı məlumatlar ictimailəşəndən sonra - 2020-ci ilin oktyabrında start verilib. Məlumata görə, iddia Riversayd bulvarı, Tramp-Pleysdəki binalarda alınmış mənzillərlə bağlıdır.
 
(Qafqazinfo)
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man