“BMW” satışlar üzrə “Mercedes”i geridə qoyub

Nəqliyyat xəbərləri 06 Yanvar 2022 | 21:30
OXUNUB: 1910

2015-ci ildən bəri ilk dəfə “BMW” illik satılan premium avtomobillərin sayına görə “Mercedes”i ötüb.

Bu barədə şirkətin satış rəhbəri Piter Not” LinkedIn”də yazıb. Satış rəqəmlərinin yanvarın 12-ində açıqlanacağı bildirilir.

2021-ci ilin doqquz ayının nəticələrinə əsasən, “BMW” eyniadlı brend altında 1.7 milyon avtomobil satıb – “Mercedes”dən 112 min çox.

2021-ci ildə avtomobil istehsalçıları qlobal çip çatışmazlığı ilə qarşılaşıb. Nəticədə bir çox istehsal xətlərində fasilələr yaranıb. “BMW” bu problemdən rəqiblərinə nisbətən daha az əziyyət çəkib.

2021-ci ilin üçüncü rübündən sonra tədarük zənciri böhranın pik nöqtəsinin sona çatması ilə bağlı proqnozlar hələ də özünü doğrultmayıb. “Mercedes”in mətbuat xidməti ərəfəsində bildirilib ki, kəsir 2022-ci ilin birinci yarısında da hiss olunacaq.///banker.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man