Ekspert:"Azərbaycanda avtomobillərin qiyməti stabilləşəcək"

Nəqliyyat xəbərləri 06 Yanvar 2022 | 14:17
OXUNUB: 993

2021-ci ilin dekabr ayında Azərbaycanda avtomobil bazarı üzrə satışlar noyabr ayına nisbətən təqribən 5 % artıb.

Bu barədə “Report”a açıqlamasında avtomobil bazarı üzrə ekspert Eldəniz Cəfərov deyib.

Onun sözlərinə görə, noyabrda satışlar kəskin azalsa da, dekabrda vəziyyət artıq normallaşmışdır.

E. Cəfərov hesab edir ki, dekabr ayında avtombillərin qiymətində elə bir ciddi dəyişiklik olmayıb: "Ay ərzində ölkəyə daha çox gətirilən və satılan avtomobillər Rusiya istehsalllı avtomobillər olub. Bu avtomobillərin bu günkü Avropa təhlükəsizlik standartlarına qismən cavab verilməsinə baxmayaraq, onlara qiymətlərinin və lizinq şərtlərinin əlverişli olmasına görə tələb var. Seqment məsələsinə gəldikdə, daha çox “C” seqmenti olan avtomobillər satılır. Bunlar mühərrikin həcmi 1500 -1800 kubsantimetr arasında olan avtomobillərdir”.

Ekspert hesab edir ki, növbəti aylarda ölkənin avtomobil bazarında qiymətlər stabil qalacaq:

“Bu il yanvarın 1-dən Azərbaycana idxal olunan yeni hibrid və elektrik mühərrikli avtomobillər ƏDV-dən azad olunub. Bu o deməkdir ki, həmin tarixdən vətəndaşlarımız bu avtomobilləri daha ucuz qiymətə alacaq. Paralel olaraq ölkəmizə idxal olunan benzin və dizel mühərrikli avbtomobillərin mühərrik həcminə görə alınan rüsumlar artırılıb. Bununla avtomobil bazarında qiymətlərin tənzimlənməsində bir balanslaşdırma yaradılır. Nəticədə avtomobillərin qiymətinin kəskin dəyişməsinə şərait olmayacaq”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man