Azərbaycanın ilk ödənişli avtomobil yolunda 60-dan artıq yeraltı keçid olacaq

Yeniliklər 06 Yanvar 2022 | 13:58
OXUNUB: 804

Yeni inşa edilən Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunda piyadalar üçün 60-dan çox yeraltı keçid nəzərdə tutulub.

Bu barədə Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

O bildirib ki, yolda tikinti işləri davam etdirilir.

"Yol birinci texniki dərəcəyə uyğun olaraq inşa olunur və sürət yolu olacaq. Yolda yerüstü piyada keçidlərinin inşası nəzərdə tutulmur, yalnız yeraltı keçidlər inşa olunur. Həmin keçidlərin 1,5-2 kilometr məsafədən bir inşası nəzərdə tutulub.

Yeraltı keçidlər insanların sıx yaşadığı ərazilərdə yaxın məsafədə, yaşayış olmayan ərazilərdə isə müəyyən normativlərə əsasən inşa edilir," - deyə A.Nəcəfli bildirib.

Xatırladaq ki, inşası davam etdirilən sürət yolunun gələcəkdə ölkənin ilk ödənişli yolu olacağı bildirilir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man