Azərbaycanda bu avtomobillərə tələb artacaq

Nəqliyyat xəbərləri 06 Yanvar 2022 | 13:37
OXUNUB: 1179

"Avtomobillərin aksiz markası üzrə tətbiq olunan vergi dərəcəsi dəyişdi. İstismarda olan nəqliyyat vasitələrində, xüsusilə  mühərrikin həcmi 3000 kubsantimetrdən çox olan nəqliyyat vasitələrində nisbi qiymət artımları var. Digr avtomobillərin qiymətində isə ciddi bir dəyişiklik müşahidə olunmur".

Bunu "Unikal"a açıqlamasında ekspert Ramil Osmanlı deyib. Onun sözlərinə görə, elektriklə işləyən avtomobillərə tələbin artdığı görsənir. 

"Bakı küçələrində müşahidə aparsaq, "Toyota Prius"ların sayının nə qədər artdığını görmək olar. Bunlar hibrid avtomobillərdir. Həm elektrik mühərriki ilə çalışırlar, həm də yanacaqla. Amma tam elektrik mühərriki ilə təchiz olunmuş nəqliyyat vasitələrinin Azərbaycana axını 2023-cü ildən daha aktiv müşahidə olunacaq. Çünki, bu istiqamətdə servis imkanları istənilən səviyyədə deyil. Hesab edirəm ki, bu il daha çox elektrik mühərrikli nəqliyyat vasitələrinin servis mərkəzlərinin açılması sürətlənəcək. Bu, növbəti ildən ölkəmizə tam elektrik mühərriki ilə işləyən avtomobillərin gətirilməsinə müsbət təsir göstərəcək".

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man